Su təminatını artırmaq əvəzinə özlərinə yeni bina tikdilər- Sərt tənqid
26 İyul 2025

909
Məlum olduğu kimi, 10 günə yaxındır Bakının bir çox ərazilərində içməli suyun verilməsində ciddi problemlər yaşanır.
Xüsusən də Yasamal rayonunda, Suraxanı rayon Yeni Günəşli, Qaraçuxur qəsəbələrində, eləcə də şəhərin digər bir çox hissələrində əhaliyə su ya böyük fasilələrlə verilir, ya da ümumiyyətlə verilmir.
Mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində paylaşım edib və bu sahəyə cavabdeh olan şəxslərdən cavab istəyib: “2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında dedilər ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100% olacaq…
2025-ci il, iyul ayı. Bu bəyanatdan 7 il keçib, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur.
O zamankı adı ilə “Azərsu”-ya tapşırıq verilmişdi ki, Bakının su təminatı 100%-ə çatsın, onlar da gedib özlərinə 250 milyon manata yeni bina tikdilər. Özü də, binaya heç köçə də bilmirlər, yəqin binada su gəlmir, yoxsa köçərdilər.
Tapşırıqları, qərarları yerinə yetirməyən məmurlar niyə cəza almırlar? İndi Bakıda 38-39 dərəcə isti olur, bu istidə camaat susuz nə etsin bəs?!”
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Aktyor Elşən ona yolda tanışlıq təklif edən xanımı "sındırdı" - Sən bildiyin... - Video
05.09.2025 20:59
Cəmiyyət
Tanınmış aparıcı uzun aradan sonra xaricdə görüntüləndi: Azərbaycandan köçüb? - Foto
05.09.2025 18:52
Cəmiyyət
Kəmalə Günəşli səhnədə etik olmayan hərəkət etdi - Video
05.09.2025 12:28
Cəmiyyət
Rəşad Dağlının həbsxanadan yeni görüntüsü yayıldı - Foto
04.09.2025 18:06
Cəmiyyət
Bakıda bloqer Hüseynin evinə hücum edildi - Video
03.09.2025 23:50
Cəmiyyət
Qumral cazibədar geyimdə hamının önündə orieantal rəqs etdi - Video
03.09.2025 23:28
Cəmiyyət
Samirə efirə qayıtdı - Bu kanalda çalışacaq
03.09.2025 21:41
Cəmiyyət
Vaxtilə məşhurluğu yerə-göyə sığmayan ifaçı görün indi nə işlə məşğuldur - Foto
03.09.2025 14:14
Cəmiyyət
Aktrisa Xəyalə cazibədar görüntüsü ilə heyran etdi - Foto
03.09.2025 10:58
Cəmiyyət
Azərbaycanda vəzifəli şəxslərin qeyri-etik, intim görüntüləri... - Şok detallar
03.09.2025 00:57
Cəmiyyət