"Soyunmaq erotika elmidir" - Əməkdar artist pornoqrafiyadan danışdı

25 Fevral 2024
65da47f439d27202402244804
580

"İndi tamaşaçı dünya kinosuna baxır, daha çox məlumatlıdır. Filmi tamaşaçıya bəyəndirmək daha çətindi. Özünə, çəkdiyi filmə hörmətlə yanaşan şəxs heç zaman professional aktyor, aktrisanı qoyub, qeyri-peşəkarı dəvət etməz. Onlarda sənətə qarşı heç bir sevgi yoxdur. Onlar, sadəcə, pul qazanmaq istəyirlər"

Bu sözləri moderator.az saytına müsahibəsində əməkdar artist Naibə Allahverdiyeva deyib. O vurğulayıb ki, indi əksər kinolara gənc aktrisa və ya aktyorlar yox, blogerlər çəkilir. Bu, həm sənətkarın, həm də sənətə dəyər verən tamaşaçının ağrılı yeridir.

"Bu, bizim ağrılı yerimizdi. İnsanlar artıq yaxşı ilə pisi asanlıqla ayıra bilirlər. Filmi istehsal edən aktyor, aktrisaya pul verəcəyi halda, blogerdən sponsor əvəzi istifadə edir. Görün bunun nə qədər ağır nəticələri olacaq. Bu, bizim kinomuza, həm də tamaşaçının psixologiyasına ağır zərbədir. Deyirlər, insanın müsbət yöndə inkişafı üçün musiqi, film, teatr mühüm rola malikdir. Amma bu gün musiqimiz, kinomuz yetişən gəncliyin inkişafına mənfi təsir edirsə, bəs nəyə xidmət edir?

Əməkdar artist qeyd etdi ki, aktyor, aktrisa, həmçinin müğənni üçün təhsil mütləqdir.

"Aktyor, aktrisa, müğənni üçün təhsil mütləqdir. Televiziyalar pul qazanmaq üçün təhsili, istedadı olmayanları efirə çıxardılar. Beləliklə, artıq onun fəsadlarını görürük. İndi də filmlərdə eyni tendensiya müşahidə olunur. Mən deyərdim ki, bizim seriallardan çox gözəl aktyor və aktrisalarımız oynayır. Amma ssenarist yoxdur. Bir-iki rejissoru çıxmaq şərtilə, yaxşı rejissorlar da yoxdur. O az sayda yaxşı rejissorun da keyfiyyətli iş ərsəyə gətirməsinə şərait yaradılmır. Köhnələr ya dünyasını dəyişdi, ya da səhnədən küsüb getdilər." / News24.az