“Şou-biznesdə at oynadıram” - Rəqsanə

“Mən həmişə şou-biznesdə at oynatmışam”.

Bu sözləri müğənni Rəqsanə İsmayılova deyib.

Rəqsanə aparıcı Zaur Kamalın “şou-biznesdən uzaqlaşdınız, amma bir vaxtlar şou-biznesdə at oynadırdınız” atmacasına reaksiya verərkən özünü sındırmayıb. O, hər zaman şou aləminin gündəmində olduğunu bildirib: “Mən sənətə gəldiyim ilk vaxtlardan şou-biznesdə at oynatmışam, elə indi də at oynadıram”.

O, özəl həyatı barədə də danışıb: “Xoşbəxtlik əbədi deyil, amma mən özümü xoşbəxt qadın sayıram. 35 yaşımdan sonra ailə həyatı qurdum, övladlarım dünyaya gəldi. Buna görə özümü xoşbəxt qadın sayıram. Yəqin nə vaxtsa anamın gördüyü yaxşılıqların əvəzidir ki, indi mənim qarşıma çıxıb. Buna görə anama borcluyam”. / Yenicag.az