Sevgilisinin adını telefonda "Teymur" yazdı - Həyat yoldaşı gələn mesajı oxuyanda şok oldu
Deməli, rayonların birində bir sahibkarın Bakıda sevgilisi var, adı Telli. Sahibkar da bunun adını telefonda “Teymur Bakı” yazıbmış. Bir neçə gün öncə həmin “Teymur Bakı” sahibkara zəng vurub ki, məni Xankəndinə apar. Bu da evdə arvada deyib ki, bəs, məni Bakıya sahibkarların konfransına çağırırlar. Adam arvadı inandırıb çıxıb aradan Xankəndiyə. Xankəndidə restoranda ağızlarından köpük gələnə qədər içəndən sonra, gecə vaxtı çıxıblar şəhərə. Şəhərin mərkəzində qız uzanıb asfaltın üstünə, başlayıb qışqırmağa. Sərxoş sahibkar da əsəbiləşib, başlayıb qızın üstünə qışqırmağa. Hadisəni görən Xankəndi sakinləri polisə məlumat verib, polis hadisə yerinə gəlib hər iki şəxsi saxlayıb, barələrində inzibati protokol tərtib edibHadisədən xəbər tutan media məlumatı yayıb. “Teymur Bakı” ilə sahibkar sevgilisi qayıdıblar Bakıya. Sahibkar da ordan gəlib evlərinə. Axşam sahibkarın sevgilisi xəbər tutub ki, bəs, bütün media onların Xankəndidəki hoqqasından yazır. Gecə saat 2-də həmin “Teymur Bakı” sahibkara mesaj yazıb: “Həyatım, bu xəbərləri necə sildirək saytlardan? Biabır olmuşam e” Sahibkar həmin vaxtı yatdığından mesajı evdə arvad oxuyub və kişini yuxudan oyadıb ki, bu “Teymur Bakı” kimdi? Kişi də yuxulu-yuxulu, özünə arxayın vəziyyətdə qayıdıb ki, o gün məni Bakıya konfransa çağıran kişi. Arvad qayıdıb ki, səni konfransa çağıran kişi sənə niyə “Həyatım” deyir? İndi kişi qalıb pis vəziyyətdə. Desə ki, o adam Teymurdu, arvadda şübhə yaranacaq ki, əri cinsi azlıqdır, kişi sevgilisi var. Yox əgər desə ki, onun adı Tellidir, bu lap biabırçılıq olacaq. Sahibkar 3 gündü “Araz market” də and içmək üçün bir dənə də çörək qoymayıb, hər gün 150 çörək alıb, and içir ki, özünü sudan-quru çıxarsın))