Sevgilisinin adını telefonda "Teymur" yazdı - Həyat yoldaşı gələn mesajı oxuyanda şok oldu
12 Sentyabr 2025

356
Deməli, rayonların birində bir sahibkarın Bakıda sevgilisi var, adı Telli. Sahibkar da bunun adını telefonda “Teymur Bakı” yazıbmış. Bir neçə gün öncə həmin “Teymur Bakı” sahibkara zəng vurub ki, məni Xankəndinə apar. Bu da evdə arvada deyib ki, bəs, məni Bakıya sahibkarların konfransına çağırırlar. Adam arvadı inandırıb çıxıb aradan Xankəndiyə. Xankəndidə restoranda ağızlarından köpük gələnə qədər içəndən sonra, gecə vaxtı çıxıblar şəhərə. Şəhərin mərkəzində qız uzanıb asfaltın üstünə, başlayıb qışqırmağa. Sərxoş sahibkar da əsəbiləşib, başlayıb qızın üstünə qışqırmağa. Hadisəni görən Xankəndi sakinləri polisə məlumat verib, polis hadisə yerinə gəlib hər iki şəxsi saxlayıb, barələrində inzibati protokol tərtib edibHadisədən xəbər tutan media məlumatı yayıb. “Teymur Bakı” ilə sahibkar sevgilisi qayıdıblar Bakıya. Sahibkar da ordan gəlib evlərinə. Axşam sahibkarın sevgilisi xəbər tutub ki, bəs, bütün media onların Xankəndidəki hoqqasından yazır. Gecə saat 2-də həmin “Teymur Bakı” sahibkara mesaj yazıb: “Həyatım, bu xəbərləri necə sildirək saytlardan? Biabır olmuşam e” Sahibkar həmin vaxtı yatdığından mesajı evdə arvad oxuyub və kişini yuxudan oyadıb ki, bu “Teymur Bakı” kimdi? Kişi də yuxulu-yuxulu, özünə arxayın vəziyyətdə qayıdıb ki, o gün məni Bakıya konfransa çağıran kişi. Arvad qayıdıb ki, səni konfransa çağıran kişi sənə niyə “Həyatım” deyir? İndi kişi qalıb pis vəziyyətdə. Desə ki, o adam Teymurdu, arvadda şübhə yaranacaq ki, əri cinsi azlıqdır, kişi sevgilisi var. Yox əgər desə ki, onun adı Tellidir, bu lap biabırçılıq olacaq. Sahibkar 3 gündü “Araz market” də and içmək üçün bir dənə də çörək qoymayıb, hər gün 150 çörək alıb, and içir ki, özünü sudan-quru çıxarsın))
Samir Əli
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Tanınmış aparıcıdan Audiovizual Şuranın cəzasına şok reaksiya - Video
13.09.2025 21:53
Cəmiyyət
Qalmaqala səbəb olan həmin görüntülər: Aparıcının səsi bağlandı - Video
13.09.2025 17:41
Cəmiyyət
Azyaşlı qızını ərə verən Musa və Təranəyə sərt sözlər - "Cahillər"
13.09.2025 11:48
Cəmiyyət
Görüntüləri yayılan aktrisa danışdı - Video
13.09.2025 00:23
Cəmiyyət
İTV-nin tanınmış aparıcısı boşandı - Foto
12.09.2025 21:08
Cəmiyyət
Sevgilisinin adını telefonda "Teymur" yazdı - Həyat yoldaşı gələn mesajı oxuyanda şok oldu
12.09.2025 15:11
Cəmiyyət
Zaurun verilişi bağlandı - Efirdən uzaqlaşdırılıb?
12.09.2025 15:01
Cəmiyyət
Musa Qurbanlının musiqisiz toyu ilə bağlı maraqlı detal: Kişilərin məclisində qadınlar... - Video
12.09.2025 00:15
Cəmiyyət
Təranə və Musa 17 yaşlı qızlarının sevgilisini nümayiş etdirdi - Video
10.09.2025 18:41
Cəmiyyət
Xalq artisti Gülyaz Məmmədova tanınmaz haldadır - Foto
10.09.2025 13:43
Cəmiyyət