Sevgilisinə görə 6 uşağını atdı: Belə ana olar? - Video
Nigar Fərhadın aparıcılığı ilə yayımlanan "Sözün bitdiyi an" verilişində gərgin anlar yaşanıb.
Verilişə çıxan qadın sevgilisinə görə 6 uşağını atdığını etiraf edib. Bu etirafdan sonra studiyada emosional gərginlik yüksəlib və qadın efirdə huşunu itirib.
Aparıcı və studiyadakı ekspertlər dərhal qadına yardım göstərərək onun özünə gəlməsinə kömək ediblər.
Verilişin ekspertləri məsələ ilə bağlı sərt irad bildiriblər. Onların sözlərinə görə, qadının "qadınlıq hissi" analıq məsuliyyətindən üstün gəlib və bu, bağışlanmaz səhvdir. Ekspertlər həmçinin qadının “altı uşağın qarğışını qazandığını” qeyd ediblər.
Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox izləyici qadının davranışını qınayıb.
Müğənni Ayan Babakişiyeva da sosial mediada mövzuya münasibət bildirib. O, paylaşımında qadının hərəkətini sərt ifadələrlə tənqid edib:
“Bu nə şoudur? Ana nədir? Bundan ana olar? Kül sənin elə qadın başına! 6 uşaq ey... Camaat bir uşağı üçün canını verir, zülmlə böyüdür. Bir övladı olsun deyə evini, maşınını satanlar var. Öl yerə gir!”.
Qeyd edək ki, verilişdən yayımlanan görüntülər cəmiyyətin diqqət mərkəzinə çevrilib və geniş müzakirələrə səbəb olub. / Yenisabah.az