"Sevgi ilə qurulan ailələrdə də xəyanət olur" - Arvadı gözəl olsa da...

Psixoloq Gülnar Orucova: “İstər sevgi ilə, istərsə sevgisiz qurulan ailələrdə problemlər yarana bilir. Baxın, bu gün məşhurların övladları aylarla toy, nişan, sözkəsdi, xınayaxdı mərasimləri edirlər, amma evləndikdən 6-8 ay, 1 il sonra boşanırlar. Həmin ailələr ki, sevgi ilə qurulub. Əslində isə bu sevgi deyil, ehtirasdır ehtiras üzərində qurulan ailələrin ömrü çox qısa olur. Çünki həmin hisslər getdikdən sonra insanlar o hissi başqalarında axtarmağa başlayırlar.Bəzən biz cəmiyyət olaraq hansısa qadına baxırıq, düşünürük ki, necə gözəl qadındır. Amma elə olur ki, həmin gözəl qadının həyat yoldaşı ona xəyanət edir. Yəni xəyanət gözəlliyə baxmır. Bəzən kişi çox gözəl, qabiliyyətli xanımına xəyanət edə bilər".