“Sevənlərim çoxdur, özümü sizə sevdirməyi bacarmışam” - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadənin növbəti yaşı tamam olub.

Bununla bağlı o, instaqramda video paylaşıb. Özünü təbrik edən Nadir bu sözləri bildirib:

“Saat 12-ni göstərir. Mən doğuldum. Düz 52 il əvvəl. Sizin qarşınızda böyüdüm, sizinlə sevinib-kədərləndim, əslində maraqlı həyat yolu keçirəm. Sevənlərim çoxdur, özümü sevdirə bilmişəm, bunu bacarmışam. Özümü təbrik edirəm. Dünyamıza xoş gəlmişəm. Dünyamız gözəldir. Allah mənə ömür versin, sizi hələ çox sevim, çox feyziyab edim. Yaxşı ki varımsız”.