Sevdiyi qıza görə Moskvaya gedən, onun ölümündən sonra evlənməyən Bayramın keşməkeşli həyatı - Meyxanaçının xeyriyyəçilik etdiyini çox adam bilmirmiş

26 İyun 2025
685c67c68b87c202506251902
261
Meyxanaçı Bayram Kürdəxanılının sevgi və qısa həyat hekayəsi. Gənclik illərində bir qızı sevirmiş. Qız oxumaq üçün Moskvaya gedəndə də onunla əlaqələrini kəsmir, Rusiyaya gedir. Lakin onların valideynləri gənclərin evlənməsinə icazə vermir. Bununla belə, cütlüyün Bəhram adlı oğulu dünyaya gəlir. Bayram Kürdəxanılının çox sevdiyi qız yol qəzasında ölür. Meyxanaçı övladı ilə əlaqələrini kəsmir, onunla arabir görüşür, lakin ikinci dəfə evlənmir.
Bayram Kürdəxanılı göyçaylı meyxanaçı Elsevərin “Dəstəyi qoyma yerə” mahnısını dinləyəndə “bu qıza nöş belə yalvarır?. Qız istəmirsə əl çəksin də”, - deyir. Bayram Kürdəxanılı xəstələrə, evi yananlara, övladı hərbi xidmətdə olanlara və yoxsullara maddi yardım edir, kömək göstərirdi.