Sevda üçüncü dəfə ailə qurur? - "Oğlumun da qızımın da başı dik olmalıdır"

01 Noyabr 2023
65429c5f1b956202311234343
527

Müğənni Sevda Sanəliyeva bir müddət əvvəl üçüncü dəfə ailə qurmağa hazırlaşması ilə bağlı yalan məlumat yaydığını etiraf edib.

Sənətçi bu haqda "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, bu ilin yanvarında nişan üzüyünü yayımlayıb, nişanlandığını bildirməsi yalan imiş:

"Bu, mənim səhvim idi. Həmin gün özümə brilyant üzük hədiyyə almışdım. Amma səhvim onda oldu ki, üzüyü nişan barmağıma taxdım və üstəlik Kutsinin “Benimle evlenirmisin?” mahnısı ilə fotomu sosial şəbəkə hesabımda paylaşdım. Heç bilmirəm, bunu niyə etdim. Üstündən heç yarım saat keçmədi ki, gündəm oldu. Üçüncü dəfə ailə qurmağı düşünmürəm, iki övlad böyüdürəm. Oğlumun da qızımın da başı dik olmalıdır. Həyatımda kişi də, ata da mənim oğlumdur, qızım isə anamdır. İki dəfə ailə qurdum, amma alınmadı. Daha bəsdir".

Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. Onun iki övladı var. / Axşam.az