Şərurlu İsfəndiyarın iş otağında gizli kamera qalmaqalı

14 Oktyabr 2025
68edf0f659b76202510254302
754

Məşhur iş adamı şərurlu İsfəndiyar APA TV əməkdaşlarını şantaj edib.

Otağında kamera quraşdıran iş adamı media qrumunun əməkdaşına hədə-qorxu gəliblər. Buna səbəb Şərurlu İsfəndiyarın şirkətinin tikinti işini apardığı “Jasmine Park Qobu” layihəsində sakinlərin şikayəti ilə bağlı yayımlanan süjet olub. O, APA TV rəhbərliyini təhdid edərək əlində media qurumun əməkdaşlarına rüşvət verməsi ilə bağlı görüntülər olduğunu deyib.

Məlum olub, ki, İsfəndiyar Axundov xidməti otağında kamera quraşdıraraq şirkəti ilə APA TV arasında gələcəkdə əməkdaşlıq, reklam və piar işlərinin görülməsi üçün əməkdaşlara 200 manat avans verib. Lakin müxbir kanal rəhbərliyinə məlumat verdikdən sonra ona pulun dərhal qaytarılması bildirilib.

Əməkdaş pulu qaytardıqdan sonra, daxili etik kodeksi pozduğu üçün cəzalandırılıb. İsfəndiyar Axundov sözügedən süjetin efirə gedəcəyi təqdirdə əlindəki görüntüləri yaymaqla hədələyib. / Aqreqator.az