Serialdakı yataq səhnəsi qalmaqal yaratdı - Video

STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" serialı son bölümü ilə sosial mediada əməlli-başlı qalmaqal yaradıb.

"Alaz" soyunun davam etməsini və "aşirət" ənənələrinin qorunmasını istəyən "Pervin"in təzyiqi nəticəsində "Devran" və "Azizə" arasında yaşanan məcburi səhnə izləyicilərin sərt reaksiyasına səbəb olub.

İzləyicilər bu səhnəni "lazımsız", "məcburi" və seriala yaraşmayan bir təqdimat tərzi olaraq qiymətləndiriblər.

Sosial mediada "Bərbad bir səhnə", "Qəsdən müzakirə üçün edirlər", "Nəyə lazım idi?" kimi çoxsaylı tənqidlər paylaşılıb. / Milli.az

Şəkillər