Serialdakı açıq roluna görə tənqid edilən aktrisadan qəribə açıqlama - "Təcrübə toplayıram" / FOTO

28 May 2023
64708c25e6e31202305233829
1469

ABŞ-ın dünya şöhrətli aktrisası Conni Deppin qızı Lily-Rose Deppin yeni filmdəki rolu müzakirələrə səbəb olub. Nüfuzlu serial tamaşaçılar arasında birmənalı qarşılanmır.

Lily-Rose Deppin "The Idol" serialında oynadığı xarakter ədəbsizliyi ilə seçilir. Tamaşaçılar gənc aktrisanı belə ədəbsiz rolu qəbul etdiyinə görə tənqid ediblər. “People” jurnalına ilk dəfə oynadığı rol barədə danışan 23 yaşlı aktrisanın sözlərinə görə, serialdakı obrazı müğənni olmaq istəyir və buna görə də onun ədəbsiz davranışlar sərgiləməsi normal qəbul edilməlidir.Fransada keçirilən Kann Film Festivalında tamaşaçılarla birlikdə seriala baxan və bunun inanılmaz bir təcrübə olduğunu deyən aktrisa “Bu, gözəl bayramdır və birlikdə yaşadığımız hər şeyin zirvəsidir" deyə bildirib.