"Seks ikinci plandadır, gecə 1-dən sonra hal qalmır" - FOTO

Baku.ws saytının növbəti qonağı tanınmış rəqqasə Rəna Ağamuradovadır (Renka).Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Loung”-ə təşəkkürümüzü bildiririk.- Renka xanım, əsl adınız Rənadır... Bəs Renka haradan gəlir?-Mən Yekaterinburqda dünyaya gəlmişəm. Rusların dili Rənaya yatmırdı, ona görə də məni Renka deyə çağırırdılar. Elə o vaxtdan da belə qaldı. - Niyə məhz rəqqasəliyi seçdiniz?- Mən həyatda iki peşənin arzusunda olmuşam. Biri stilistika, digəri isə rəqqasəlik. 16-17 yaşımdan salonda işləmişəm. Buna baxmayaraq, rəqqasəliyə olan həvəsim məni bu sahəyə dartıb gətirdi. Hərçənd ki, mənə bu işlə məşğul olmağa icazə vermirdilər. 20 yaşımda ailə qurdum, onda hər şey daha da çətinləşdi. Maneələrin biri də artdı.- Sonra ayrıldınız...Bəli, boşandım, amma mən boşanan kimi səhnəyə atılanlardan olmadım. İki ildən sonra fəaliyyətə başladım. Düşünürəm ki, kifayət qədər uğurlu start götürdüm.- Niyə ayrıldınız ki?- Sadəcə olaraq, zaman keçdikcə anladıq ki, biz fərqli dünyanın insanları imişik. Belə ciddi bir problemimiz olmayıb. Dost kimi ayrıldıq.- İkinci dəfə ailə qurmaq planınız var?- Yoxdur, mən bu kitabı bağlamışam. Ən azından düşünürəm ki, mənim övladlarım var, alınmaz. - Deməli, sevmirsiniz...- Sevmirəm...- Bəs sevilmirsiniz?- O da yox...- Ailənizdə sizdən başqa incəsənət nümayəndəsi varmı?- Atamla bacım rəssamdır. Mən özüm də hərdən çəkirəm.- Bir ara ilanla oynayırdınız. Bu ideya sizdə haradan yaranmışdı?- Bir filmdə qızın ilanla rəqsi var. Məndən də bir məclis üçün belə bir rəqs xahiş etmişdilər. Düzdür, məndən qabaq beş-altı rəqqasə bunu etmişdi, ancaq mənim qədərini edən olmamışdı.- İmkanlı şəxslərin “hədəf”inə tez-tez düşürsünüz?- Yox e, mən olduğum məclislərdə hamı mənə qardaş deyir. Uşaqlıqdan da oğlan kimi böyümüşəm. Mənə qadın kimi baxmırlar (gülür). Özümü qadın kimi apara bilmirəm.- Konkret olaraq əks-cinsin nümayəndələrini bir addımlığınıza buraxmırsınız. Amma sizin üçün əldən-ayaqdan gedənlər az deyil...- Hamı deyir ki, çoxdur, amma mən görmürəm, yoxdur. Bəlkə də çəkinirlər məndən (gülür). - Renka xanım, ilanla oynayanda başınıza nə hadisəsi gəlib?- Saçımın arasına. Hətta oradan da boynuma sarılıb məni boğmaq istəyirdi. Bir də onda ayıldım ki, arxaya gedirəm. Gözlərim bərəlib. Yaxşı ki, ilanı idarə edən oğlan vaxtında müdaxilə etdi.- Bir rəqqasə üçün ən vacib elementlər hansılardır? Ümumiyyətlə, indiki rəqqasələrin bədən quruluşları sizi qane edirmi?- Bilirsiniz, mən xarici səfərlərin birində bir qrup oriental rəqqasə ilə həmsöhbət oldum. Hamısı kilolu idi. Dedilər ki, ərəb rəqsini oynayan rəqqasənin qarnı olmalıdır. Burada mənim bir az qarnım olan kimi top atəşinə tuturlar. Hər kəs öz bədən quruluşunu öz istəyinə görə tənzimləyir.- Rəqabətdə olduğunuz rəqqasə varmı?- Vallah mənim heç kimlə işim yoxdur. Öz işimlə məşğulam. Əksinə, vaxtım olmayanda məclislərə tanıdığım başqa rəqqasələri göndərirəm. Həmişə deyirəm ki, özünüzü öldürməyin, hərənin öz publikası var. Rəqabət aparmaqla deyil, hamıya bir parça çörək çatacaq onsuz da.- Bədəninizin hansı hissəsi çöldə qalanda daha cazibədar görünürsünüz?- Düşünürəm ki, göbək hissəmlə ayaqlarım. Bunu özüm də hiss etmişəm. - Belə bədən formasını yığmaq üşün nəsə edirsiniz?- Əvəllər idmanla məşğul olurdum. İndi bir az ara vermişəm.- Bəs kişilərə qarşı ehtiras hissinizin sönməsi nə ilə əlaqədardır?- Bəlkə də inamsızlıq. Ümumiyyətlə, gecə birə qədər restoranlarda rəqs edən birinin nəsə etməyə halı qalar? (gülürük). Seks mənim üçün ikinci plandadır.- Bəlkə özünüz də bilmədən feminist olmusunuz?- Qətiyyən, sadəcə olaraq, həvəsim yoxdur. Bir növ bədən tonusum “ölüb”.- Caduya inanırsınız?- Bəli, belə şeylərə inanıram.- Sizə cadu olunubmu?- Olunub. Hiss edirəm ki, mənə güclü cadu olunub. - Son olaraq, bu sənət üçün və ailəniz üçün nələri gözə aldınız?Sənətdə öz prinsiplərimi qorumuşam. Öz zəhmətimlə bu yerə gəldim. O ki qaldı ailəmə, mən həmişə istəmişəm ki, gözəl və ideal ailəm olsun. Yoldaşıma görə çox şeylərdən keçdim. Amma məni yandıran budur ki, bu şeylərə dəyər verən olmadı. Yenə də şükürlər olsun ki, indi öz gücümə ayaqdayam, hər şey yaxşıdır.