"Şəklimi həkimlərə göstərib, özlərini elə “yığdırırlar” - FOTO
"Məni görürlər, deyirlər ki, "gözünü dartdırmısan, onu belə etmisən, bunu elə etmisən" sonra gedib şəklimi həkimlərə göstərib, özlərini elə "yığdırırlar".
Bu sözləri Təranə Qumralın müğənni qızı Qumral "Xəbərin var?" verilişində deyib.
Özünü tərifləməkdən yorulmayan Qumral şou sakinlərinə meydan oxuyub:"Mən hər şeyi bacarıram. Saç yığmağı bilirəm, rəqs edə bilirəm, rəsm çəkə bilirəm, evimin xanımıyam, bir yeməklər bişirirəm ki, 5 yox, 10 barmağınızı yeyərsiniz..." / bakıvaxtı.az