Yeni ərə gedən Səidə ana olmaq istəmir: “Uşağı neyləyirəm, it, pişik saxlayacam” - VİDEO
Bir müddət əvvəl ərə gedən müğənni Səidə Sultan dəm-dəstgahlı toy məclisi keçirmək istəmədiyini, hətta ümumiyyətlə toysuz ailə qurmaq istədiyini açıqlayıb.
Bu barədə o, “Tarixin bir günü” verilişində danışıb:
“Mənə toy lazım deyildi. Məndən olsa, heç etməzdim. Bu məsələlərə bir qədər başqa cür baxıram. Toyun, uşağın olmağı şərt deyil. Anam və bacılarıma görə toy etdim. Toy etdiyim üçün indi deyinirəm. Nəyə lazım idi axı?!”
O, aparıcı Tarix Əliyevin övlad dünyaya gətirib-gətirməyəcəyi barədə sualını da cavablayıb və uşaq istəmədiyini deyib:
“Uşaq sevmirəm. Artıq gec olduğunu düşünürəm. Uşaq məsuliyyətdir. İtdən, pişikdən saxlayacağam da. Buna görə əlləşib vuruşmuram”. / Yenisabah.az