“Səhər verilişə çağırmayın, oyana bilmirəm” - Nadirdən TV işçilərinə qəribə müraciət
Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesablarında aparıcılara səslənib.
İfaçı onu səhər verioişlərinə çağırmamaları üçün TV işçilərinə müraciət edib:
“Buradan televiziya aparıcılarına, xüsusilə də səhər verilişlərinin heyətinə səslənirəm. Xahiş edirəm məni dəvət etməyin, yuxudan dura bilmirəm, bütün əsəblərim gedir. Çünki səhər 6-da durub hazırlaşmalıyam. Demirəm ki, o veriliş mənə lazım deyil. Sadəcə çətindir. Səhər 8-9-un yuxusu mənim üçün ən şirin yuxudur. Mən yatmaq istəyirəm. Çünki işimizlə bağlı evə gec gəlirik. Ona görə də dəvət etməyin. Artıq bezmişəm bəhanə gətirməkdən ki, nənəm ölüb, babam ölüb, it-pişiyim ölüb və sairə. Halbuki illər əvvəl rəhmətə gediblər”. / olay.az