Şəbnəm Tovuzluya efirdə bahalı avtomobil hədiyyə edən kimdir? - FOTO
Müğənni Şəbnəm Tovuzluya efirdə gözlənilməz sürpriz olunub.
Sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində ona pərəstişkarı tərəfindən ağ rəngdə "Hundai" markalı avtomobil hədiyyə olunduğunu öyrənib.
Proqramın aparıcısı Mətanət Əliverdiyeva sənətçini studiyadan çıxardaraq "Xəzər" televiziyasının həyətində dayanan həmin hədiyyənin yanına aparıb.
Şəbnəm maşını görər-görməz hədiyyədən məəttəl qalıb. Avtomobilin üzərində yazılan "Ələddin baba can sağlığı ilə sür" sözlərini oxuyan müğənni bir anlıq fikrə dalıb və kədərlənərək bu sözləri dilə gətirib: "Prodüserimlə birgə Azərbaycandan kənarda toyda olduq. Məni illərdir sevən və pərəstiş edən bir xanım var. O xanım mənim üçün çox dəyərlidir. Ayaqüstü söhbətimiz oldu. O zaman prodüserim dedi ki, bəlkə buradan atanız üçün avtomobil alıb Bakıya aparaq. Çünki, atam üçün bu yaxınlarda maşın almaq istəyirdim.
Düzdür onun avtomobili olsa da, ona daha yaxşısını almaq istəyirdim. Amma bu söhbət elə də orada da qaldı, davamı olmadı. Əgər öncədən belə bir şeyin olacağını bilsəydim qətiyyən razı olmazdım. O xanım pərəstişkarım mənə bu hədiyyəsi ilə çox böyük xəcalət verdi. Həqiqətən də gözləməzdim.
Ola bilər ki, o xanım prodüserimlə danışıb və bu işi birgə görüblər. Səni az müddət içində tanısam da sən mənim böyük bacımsan. Adını və hansı ölkədə olduğunu deməyəcəyəm. Allahdan bir arzum var və bu arzumun nə olduğunu özün çox yaxşı bilirsən. Sadəcə o arzum yerinə yetsin mən o qurbanları bu şəhərdə sayla bütün məscidlərdə kəsəcəyəm. Hər ikimizin o arzularımız yerinə yetsin. Deyirsən ki, mənim atam Ələddin bəy sənin də atandır. Sən atamızı sevindirdin. Çox sağol, əziz bacım". / bizim.media