Şəbnəm Qəhrəmanova ərə gedir

Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi ailə qurmaq ərəfəsində olduğunu bildirib.

İfaçı Qəhrəmanova etiraf edib ki, bu qərarına ailəsi, xüsusilə də anası razı deyil:

"Anam bu nikahın tərəfdarı deyil. Amma mən düşünürəm ki, düzgün qərar vermişəm. Həyatda insanın ürəyinin səsinə qulaq asması vacibdir", - deyə o, bildirib.

Müğənni əlavə edib ki, nikah mərasimi sadə şəkildə baş tutacaq və toy məclisi təşkil etməyi planlaşdırmır:

"Toy etmək fikrim yoxdur. Hər şeyin təmtəraqlı olmasına ehtiyac duymuram. Əsas olan qarşılıqlı sevgi və anlayışdır", - deyə sənətçi qeyd edib. / Milli.az

***

Qeyd edək ki, əvəllər müğənni Şəbnəm Qəhrəmanova gizli ana olduğu barədə xəbərlər dərc edilmişdi.

Bu barədə məlumatı xeberchi.az yaymışdı. Bildirilir ki, ifaçı qeyri qanuni nikahdan ana olub. İş adamı şəmkirli Fuadla sevgi münasibəti yaşayan ifaçı xanımın oğlu olub. İş adamı Fuad evlidir, 2 uşaq atasıdır. Xəbərçi.az həm Fuad bəylə həm də ki, Şəbnəm Qəhrəmanova ilə əlaqə saxlayıb. Ş. Qəhrəmanova xəbəri təkzib edib. Fuad bəy isə xəbəri təsdiq edib: "Mən 6-7 aydır o xanımın üzünü belə görmürəm, tövbə. Ana olmağı barədə məlumatım var. Mənim qeyri qanuni nikahdan sayını itirmişəm o qədər uşağım ola bilər ki ... DNK deyiləm ki, nəyisə təsdiq edim. Mənim namaz qılan gözəl ailəm var, iki övladım var, kimsə reklam olunmaq və ya uşaq dünyaya gətirirsə özü bilər. Bilirəm ana olub. Mənim ailəm də, ağsaqqallarım da hər şeyi yaxşı bilir". / Big.az