Saqqal saxlamaq geridə qalmışlıq və natəmizlikdir - İlahiyyatçıdan qalmaqallı açıqlama
02 Oktyabr 2025
585
İlahiyyatçı Tural İrfan: “Məhəmməd Peyğəmbər (s.a.v.) müsəlmanlara buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər. Son zamanlar bəzi gənclər də saqqala meyl edir. Çoxu da dəb üçün saxlayır. Bu qətiyyən doğru deyil. Dinlə saqqalın heç bir əlaqəsi yoxdur. Din saqqal kimi bəsit mövzular üzərində bərqərar deyil. Dinin mahiyyətini saqqal səviyyəsinə endirənlər dinə ən böyük hörmətsizlik edənlərdir. Saqqal hər bir halda insanın səliqəsinə, imicinə geridəqalmışlıq qatır, orta əsrləri xatırladır. Əsl insan, əsl mömin, nümunəvi bəndə olmaq üçün əsla saqqala ehtiyac yoxdur. Marksın da saqqalı olub, amma ateist idi. Din tüklə, qılla yox, elmlə, ağılla ölçülür”. / Pravda.az
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Ofisiantların ölümü ilə bağlı dəhşətli detal üzə çıxdı - Foto
27.11.2025 20:06
Cəmiyyət
Sevda Kazımova oğlunun toyundakı geyimindən danışdı - Foto
27.11.2025 17:30
Cəmiyyət
Vüsalənin verilişi yarımçıq dayandırıldı - Video
27.11.2025 12:49
Cəmiyyət
Tanınmış aparıcı sənətçi ilə ailə qurur - Video
27.11.2025 10:17
Cəmiyyət
Qumral 1 milyon qazandı - Video
26.11.2025 23:15
Cəmiyyət
O sənin qızın deyilsə övladının şəklini göstər: Deputata şok cavab - Foto
26.11.2025 20:48
Cəmiyyət
Günay Ağamalı həmin görüntülərdən danışdı - Foto
26.11.2025 17:35
Cəmiyyət
Günay Ağamalının qızının etik olmayan görüntüləri yayıldı - İddia - Foto
26.11.2025 14:10
Cəmiyyət
Paşinyan Samirə Əfəndiyə xalq artisti adı versin - Tural Abbaslı
26.11.2025 12:10
Cəmiyyət
Rəqsanə qınama mesajı yayımladı - Video
26.11.2025 01:59
Cəmiyyət