Paşinyan Samirə Əfəndiyə xalq artisti adı versin - Tural Abbaslı
Ağ Partiyanın sədri Tural Abbaslı Samirə Əfəndinin Ermənistan təmsilçisinə 12 xal verməsinə münasibət bildirib.
O, müğənni ilə bağlı təklif səsləndirib:
"Ortada bir canfəşanlıq var. Kimə yarınmağa çalışırsınız? Paşinyana təklif edirəm ki, Samirəyə Ermənistanın Xalq artisti adı versin. O da getsin İrəvanın mərkəzinə, gələn-gedənlə qucaqlaşsın. Bu, bir vətəndaş kimi, şəhid ailəsi kimi mənim mövqeyimdir. Bu, şəhid ailələrinin və minlərlə qazilərin düşüncəsidir. Sən kimsən ki, Azərbaycanın adından danışırsan?!"
Xatırladaq ki, Astana şəhərində keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğənni Samirə Əfəndi təmsil edib. Onun Ermənistan iştirakçısı Saro Gevorkyana maksimal 12 bal verməsi müzakirələrə səbəb olub. Nəticələr elan olunarkən Samirə Əfəndinin Gevorkyanı səhnədə qucaqlaması isə bir çoxlarını hidddətləndirib. / Yenisabah.az