Samiraldo Azərbaycana qarşı siyasət yürütdüyü üçün Fransa brendlərindən imtina etdi

2023-cü ildə ən çox axtarılan markalar "Chanel","Zara", "Adidas", "Nike", "Stone Island" və "Massimo Dutti" olub. Lakin doda dünyası böhran keçirir. Brend markaların satışları kəskin azalır.

Bəs ölkəmizdə vəziyyət necədir? İnsanlar brend mallara nə dərəcədə üstünlük verir?

“Yeni Sabah”a açıqlamasında stilist Samir Əliyev (Samiraldo) bildirib ki, canının qədrini bilənlər ucuz mal almaqdan çəkinirlər:

“Özüm də brend mallardan istifadə edirəm. Düşünürəm ki, mənim kimi qiymətli insan keyfiyyətli mallara üstünlük verirəm. Axırıncı qəpiyim də olsa, qiymətli geyimlərə xərcləməyi seçirəm. Brend malların keyfiyyətinə söz ola bilməz. Onları uzun illər boyunca istifadə etmək mümkündür. Belə geyimlərin rəngi solmur, parçası zədələnmir. Lakin ucuz və saxta geyimlər haqda bunu demək olmazLakin elə ölkələrin markaları var ki, onlardan imtina etmişəm. Məsələn, fransız brendlərindən əvvəl çox istifadə etsəm də, həmin ölkə Azərbaycanla münasibətləri zədələyəndən sonra onların mallarını almağı dayandırmışam".

Modelyer, dizayner Şəlalə Maqsudova isə bildirib ki, bu həm zövq, həm də maddiyatla bağlıdır:

“Brend paltarlar geyinmək həmişə insanı zövqlü göstərmir. İnsanlar ilk olaraq bunu anlamalıdırlar. Bu kimi geyimlərin qiyməti baha olduğu üçün düşünürük ki, onlar həmişə yaxşı görünür. Ancaq elə deyil. Bəzən bahalı və brend paltarlardan konbin yaratsaq da, ucuz və zövqsüz kimi görünə bilərik. Ona görə də, ucuz və zövqsüz görünən geyimlər insanların marağında olmaya bilir. Əksinə, qiyməti münasib geyimləri konbinasiya etdikdə, onları da brendə bənzətmək olur. Təbii ki, bu, ilk olaraq zövqlə bağlıdır. Markalardan geyinmək heç də hər zaman tərzli və dəbli görünməyə səbəb olmur. Ucuz qiymətə də zövqlü geyimlər tapmaq mümkündür”.