"Salam, ana, mən şəhid olsam, pulu tap" yazılan bir manat tapılıb - FOTO

01 Fevral 2024
65bf3a424589d202402241826
386

Vətəndaşlarımızdan birində üzərində “Salam, ana. Mən şəhid olsam, pulu tap” yazısı qeyd olunan bir manat var.

Bu barədə təhsil eksperti Elçin Efəndi öz sosial şəbəkəsində paylaşım edib.

“Vətəndaşlarımızdan birinin əlində belə bir pul var. Pulun üzərində “Salam, ana. Mən şəhid olsam, pulu tap” yazısı qeyd olunub. Yuxarı hissədə altından qırmızı xətt çəkdiyim söz yazılıb. Ehtimal edirəm ki, bu şəxsin adıdır. Yazını oxumaq çətindir. Mən Niyam adını oxudum. Ehtimal olunan adlar isə mənə görə bunlardır: Niyam, Niyaməddin, Niyami, Niyamin. Vətəndaş şəhid olubsa, bu adlardan biri üzərindən tapmaq olar. Xətti valideynlər tanıyarsa, şəhidin istəyi yerinə yetmiş olar. Düşünəndə ki, o həmin an hansı hisləri keçirirmiş, adam birtəhər olur. Bəlkə də, şəhid olmayıb, sağdır, yaşayır. Amma yenə də bu məlumatı paylaşmağı özümə borc bildim” – Elçin Efəndi paylaşımda qeyd edib. / Musavat.com 

WhatsApp Image 2023-11-21 at 16.53.23.jpeg (49 KB)