Saçına rəng qoyur, dodağını düzəldir, estetik edir... - "Normal kişi elə şey etməz"

02 Sentyabr 2024
664255b5a253c202405240229
262

Müğənni Talıb Tale müzakirələrə səbəb olacaq açıqlaması ilə diqqət çəkib.

O, estetik əməliyyat keçirib, saçına rəng qoyan kişi məşhurlara lağ edib.

İfaçı bildirib ki, normal kişinin belə bir addım atması doğru deyil. "Saçı saraldırlar, əməliyyat edirlər. Normal kişi elə şey etməz. Buna pis baxıram", – deyə, o bildirib.

Qeyd edək ki, bundan öncə müğənni Yaşar Cəlilov da həmkarları barədə "kişi müğənni saçını rəngləməz, qaşını aldırmaz" demişdi. / Lent.az