İddiaçı xanım bildirib ki, Elçin Cəfərovla boşanmasına səbəb ailə münasibətlərinin sarsılması, bir-birinə inam və güvənin itməsidir.
Məsələ ilə bağlı Yasamal rayon məhkəməsində bir neçə proses keçirilsə də, cavabdeh müğənni heç bir iclasa qatılmayıb. Sonda məhkəmə, prosesin cavabdehsiz keçirilməsinə qərar verib.
Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qətnamə qəbul edilib. Məhkəmənin qərarı ilə iddia təmin edilib, A. Rüstəmxanlı ilə E. Cəfərov arasında, 12 aprel 2016-cı il tarixli nigahın bağlanması haqqında akt qeydləri kitabında 294 nömrəsi ilə qeyd edilmiş nikaha xitam verilib.
Qətnaməyə görə, birgə nigahdan doğulmuş, 2017-ci il təvəllüdlü Can Cəfərli anasının himayəsinə verilib. E. Cəfərli isə uşaq yetkinlik yaşına çatana qədər A. Rüstəmxanlıya hər ay 235 manat aliment ödəyəcək.
Xatırladaq ki, Metbuat.az ötən həftə müğənni Elçin Cəlilovun boşanması ilə bağlı məlumat yaymışdı. Müğənni isə məlumatı təkzib edərək belə bir faktın olmadığını bildirmişdi. Cütlüyün boşanması ilə bağlı Yasamal rayon məhkəməsinin qətnaməsini təqdim edirik: