Rozanın konsertinə 130 min tamaşaçı gəlib? - Video

Müğənni Roza Zərgərli paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Sənətçi Qazaxıstanın Aktau şəhərində keçirilən möhtəşəm konsert proqramından görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Konsertdə 130 min tamaşaçı qarşısında çıxış edən Roza Zərgərli bu anların onun üçün unudulmaz olduğunu bildirib.

İfaçı təəssüratlarını belə ifadə edib:

"Gözəl azərbaycanlılarım, gözəl millətim... Siz mənimlə qürur duyduğunuz kimi, mən də sizinlə qürur duyuram. Yazdığınız şərhləri bir-bir oxuyuram, dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Qardaş ölkə Qazaxıstanın Aktau şəhərində 130 min tamaşaçının Azərbaycan musiqisinə olan sevgisini sizinlə bölüşmək istədim".

Roza Zərgərli qeyd edib ki, Azərbaycan musiqisinin xarici ölkələrdə bu qədər böyük maraqla qarşılanması onu xüsusilə sevindirir və qürurlandırır. / Milli.az