Roza Zərgərliyə yüksək vəzifə verildi

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib. 

Roza Zərgər qızı Allahverdiyeva “Kanal S” televiziyasının Baş prodüseri təyin olunub. 

Qeyd edək ki, “Kanal-S” 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı idi.Televiya kanalı  2022-ci ildən  ümumrespublika yayımına başlayıb.  

Xatırladaq ki, 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" adı dəyişdirilərək yenidən televiziya  "Kanal-S" adlandırılıb. / Manşet.az