Roza Zərgərlinin sevgilisi bu şəxs imiş - FOTO
Müğənni Roza Zərgərli tez-tez verdiyi açıqlamaları ilə gündəmə gəlir.
Maraqlıdır ki, bundan əvvəl müğənni xanım hər dəfə həyat yoldaşından bəhs etsə də, onun kimliyini mətbuatdan gizli saxlayır.Məsələ ilə bağlı araşdırması zamanı şok təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, hazırda Zərgərlinin rəsmi nigahı yoxdur. Onun "ərim" dediyi şəxs isə sadəcə, müğənninin PR işlərinə, eləcə də yaradıcılığına xərclənən pulları təmin edən şəxsdir. Əldə etdiyimiz məlumata görə, bu şəxs ölkədə məşhurluğu ilə tanınan icra başçılarından birinin kürəkənidir.Bundan başqa araşdırmalarımız zamanı məlum olub ki, xeyriyyə tədbirləri keçirtməklə də gündəmə gələn Roza xanıma bu işdə məhz icra başçısının kürəkəni kömək edir. Bu səbəbdən də, Roza Zərgərli reklama hesablanan xeyriyyə tədbirlərini məhz həmin "sponsor"un yaxının rəhbərlik etdiyi müəssisələrə salır.Ancaq o da iddia olunur ki, R.Zərgərlinin iki "adaxlı"sı var. Belə ki, icra başçısının kürəkənindən maddi dəstək görsə də, könlünü başqa birinə "verib". Hazırda "ikinci adaxlı" ilə bağlı "birinci adaxlı" yalnız ona danışılan şirin nağılları bilir. Bəlkə də yaxında o oğlanın "qayınatası" olacağını düşünür.
Yenicag.az