Röyanın Şəbnəmi səhnədən qovmasının səbəbi bəlli oldu - Video

Xalq artisti Röya Ayxanın müğənni Şəbnəm Tovuzlunun ad günündə onu səhnədən endirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Müğənni Elçin Cəfərovla səhnədə olan Röya Şəbnəmin onların yanında dayanmasına imkan verməyib. O, Şəbnəmə "Səni tamaşaçı yanına dəvət edirəm, bizi orda izlə. Mən bilirəm nə edirəm" sözlərini deyib. 

Şəbnəm müzakirələrə səbəb olan həmin video haqda "Neçə gündür deyirsiniz, Röya xanım sizi səhnədən niyə düşürtdü? Bəs nə etsin? Röya orada başqa şeyə əsəbiləşmişdi. Röyanı ora sevərək dəvət etmişdik. Qızım Günelin də xətrini çox istəyir. Sadəcə, mahnı yeni idi və təqdim edilməli idi. Səhnədə orada ikisi olmalıdır. Əlbəttə aşağı düşəcəkdim. Niyə bunu pisə yozursunuz. O qədər gözəl sənətkarlar oldu, niyə bunu demirsiniz? Niyə vurmağa çalışırsınız? Gəlin qəbul edin ki, ölkədə bu cür səviyyəli ad günü olmayıb" sözlərini deyib. / Axşam.az