Röyanın keçmiş əri üçüncü arvadı ilə... - Cəlilovlar ailəsində nə baş verir? - Video

24 Aprel 2025
66c70716724a9202408243830
627

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilov üçüncü həyat yoldaşı Nigar Cəlilovadan da ayrılıb.

O artıq boşanmaq üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, Anar və Nigar 10 ildir ailəlidir. Onun bu nikahdan iki övladı var. Anar və Röya Cütlük 2014-cü ildə boşanıb. A.Cəlilovun R.Ayxanla nikahından da bir oğul övladı var. İş adamı Röyadan ayrıldıqdan sonra da bir dəfə ailəli olub və boşanıb. Anar Cəlilov bir vaxtlar məşhur olan “Çuda peçka” mağazalar şəbəkəsinin sahibinin oğludur. / Axşam.az