Röyadan Tünzalənin açıq geyinməsinə reaksiya: Həmişə biz soyunmayacağıq ki, bir dəfə də o soyunsun

21 Dekabr 2023
65834f3a48264202312233154
686

Röya Ayxan tez-tez açıq-saçıq geyimlərinə görə tənqid hədəfinə çevrilən həmkarı Xalq artisti Tünzalə Ağayevadan söz açıb.

O, Tünzalənin əyninə geyindiyi açıq-saçıq geyimlərin onun bədən ölçüləri üçün olmadığını bildirib:

"Eybi yoxdur, qoy, Tünzaləni tənqid etsinlər, o da yaşadıqlarımızı yaşasın (gülür). Bəlkə də tamaşaçılar Tünzalədən açıq-saçıq geyinməsini gözləmirdilər deyə, onu tənqid etməyə başladılar. 

Ola bilər ki, bədən proporsiyalarına uyğun geyinmir. Arada mən də ona baxıb, elə düşünmüşəm ki, bu geyim Tünzalənin bədən ölçüləri üçün deyil. O da sənəti ilə məşğul olan xanımdır. Tünzalə qadındır. Bəlkə də bununla ona ruh gəlir, xoşuna gəlir... Açıq-saçıq geyinsin də... Geyinmirsə də, qoy soyunsun. Ürəyi necə istəyir, etsin. Elə hər zaman biz soyunmayacağıq ki, qoy, bir dəfə də Tünzalə soyunsun". / Bizim.media