Röyadan təəccüblü açıqlama: Oğlum azərbaycanlı xanımla evlənməyəcək, bu ölkədən ola bilər - VİDEO
Müğənni Röya açıqlamaları ilə diqqət çəkib.
O ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində bildirib ki, oğlu azərbaycanlı xanımla evlənməyi düşünmür. Röyanın sözlərinə görə, onun oğlu Braziliya və Ukrayna qadınlarını bəyənir. Röya oğlunun seçəcəyi xanımın müğənni olarsa etiraz etməyəcəyini ifadə edib.
"Oğlumun 15 yaşı var. 5 ildən sonra onunla evlənməsi haqda danışacam. Deyirdim ki, əgər oğlum yaşca böyük olsaydı, Mələkxanım Eyubovanın qızı Nəzrini alardım. Çox gözəl qızdır. Bizim çox gözəl nəvələrimiz olardı (gülür). Müğənni, rejissor olsun heç fərqi yoxdur. Onu elə xoşbəxt gəlin edərəm ki, o müğənniliyi atar.
Düşünürəm ki, əgər oğlum müğənni ilə ailə qursa, o, qara dərili qız olacaq. Çünki Hüseyn azərbaycanlı ilə deyil xarici qızla evlənmək istəyir. Onun sevdiyi xanımlar isə braziliyalı və ya ukraynalılardır. Bir ana kimi düşünürəm ki, övladı cavan vaxtı evləndirmək lazımdır. Çünki zaman keçdikcə onları evləndirmək olmur".