Röya "Şöhrət" ordeni almaq istəyir

15 Yanvar 2026
69686a9eda2f2202601261838
104
Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.
Pop ulduz ən böyük arzusunun "Şöhrət" ordeninə layiq görülmək olduğunu bildirib və bu barədə səmimi etiraflar edib.
Röya Ayxan qeyd edib ki, bu günə qədər qazandığı uğurlara baxmayaraq, özünə qarşı tələbləri hər zaman yüksək olub:
"Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki?" - deyə müğənni vurğulayıb.
Sənətçi həmin mükafatın onun üçün xüsusi anlam daşıdığını da bildirib:
"O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail llacaqsan".
Röya Ayxan sözlərinə davam edərək məqsəd və arzuların sənət yolunda əsas motivasiya olduğunu qeyd edib:
"Məqsəd gözəldir, arzu ondan da gözəl ola bilər. Ola bilsin, o adı almayım, amma ölənə qədər çalışacağam".
Xalq artistinin bu səmimi etirafı sosial şəbəkələrdə marağa səbəb olub. / Milli.az