Röya canlı efirdə təfərrüatları danışdı - "Bizim zala da girə bilərdilər"

Xəbər verdiyimiz kimi, Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında hadisə baş verərkən Xalq artisti Röya Ayxan da binada olub. Röya digər zalda səhnəyə çıxmağa hazırlaşırmış.

Məsələ ilə bağlı “CNN türk”ün canlı efirinə bağlanan Röya bildirib ki, hücum zamanı silah səsini eşitməyib. Lakin sonradan o binadan çıxandan sonra bomba səslərini eşidib. “Həmişə filmlərdə baxırdıq. İlk dəfə idi belə şey yaşadım. Əşyalarımızın bəziləri otaqda qaldı. Hadisə digər zalda baş verib. Bizim zalda da baş verə bilərdi. Binaya girəndə təhlükəsizlik əməkdaşlarını vurublar. Yoxsa içəri girə bilməzdilər. Yarım saat sonra bizi oradan çıxardılar. Bizi başqa qapıdan çıxardılar. İndi hamımız yaxşıyıq. Oteldəyik. İnşallah sabah vətənimizə qayıdacağıq” - deyə Röya bildirib.

Metbuat.az