Röya 14 yaşlı oğlunun sevgilisindən danışdı- Xoşuna gələn qız var - VİDEO
Xalq artisti Röya Ayxan Nicat Rəhimov və Azər Baxşəliyevin “Zarafat bir yana” layihəsində qonaq olub.
Estrada ulduzu verilişin formatına uyğun olaraq zalda əyləşən tamaşaçıların suallarını cavablandırıb.
Sənətçi bir xanımın “Adətən görmüşük ki, səsi, sənəti olmayanlar digər metodlardan istifadə ediblər. Mənə maraqlı gələn odur ki, sizin gözəl səsiniz və böyük sənətiniz var, amma digər müğənnilər kimi həmin metodlardan istifadə edərək, soyunaraq gəldiz səhnəyə. Amma heç ehtiyacınız yox idi” sualına bu cavabı verib:
“Çox gözəl sualdır. Gəl, səninlə dialoq edək.
Mən ilk addımları 16 yaşımda “W-trio” ilə başlamışam. İki il çox populyar qız idim. Təsəvvür et ki, atestat almağa gedəndə çox məşhur idim, məktəbdə hamı mənimlə şəkil çəkdirirdi. Birinci mahnım nə olub bilirsiz? Mən hansı mahnı ilə çıxmışam? Heç kim deməsin. Özü sualıma cavab versin. Hansı metodları nəzərdə tutursan? Mən indi də elə geyinirəm. Heç kəs geyimimə söz deyə bilməz, çünki incəsənət adamıyam. Sənə olmaz, amma mənə olar. Çünki elə bir vaxt gəlib ki, hamı bizim kimi geyinir. Lakin bizə olar. Biz də bilməliyik ki, hansı bədənə görə harada nə geyinmək lazımdır. Onda da geyinmişəm, indi də geyinirəm. Ən dəbli klipləri də mən çəkmişəm və çəkəcəyəm”.
Xalq artisti “Yəqin ki, burada olan hamının rəfiqələri ilə votsap qrupu var. Sizin də varmı” sualına gəlincə bunları söyləyib:
“Var. Bu qrupu mən açmışam, 16 nəfər var. İçində Lalə Məmmədova, Roza Zərgərli də yer alır”.
R. Ayxan türk tamaşaçının “Fala inanırsız” sualını da cavabsız qoymayıb:
“Ən çox qəhvə falını xoşlayıram. Televiziyaların birindən fala baxan adamın yanına aparmışdılar. Mən getdim onunla zaraftlaşdım, güldüm ona. Haradasa 2-3 saat liftdə qaldım. Ağlaya-ağlaya çıxdım, uşaqlar dedilər ki, inanmırsan, heç olmasa üzünə demə. Orada nəsə düzəltdi, lift qırıldı”.
Röya həmçinin bəyəndiyi bəy tipindən də danışıb:
“Çox ciddi olsun. Çünki mən zarafatcılam. O da mənlə zarafat etsə, gözümdən düşər. Arxasını demirəm. Ümumiyyətlə elə də cavan xoşlamıram. Bir az fikirləri olsun, elə bilsinlər ki, onun 50-60 yaşı var. Saqqallı xoşlamıram. Kimə lazımdır? Gərək deyərdim elə sənin kimi”.
“Hər ailənin özünün bir qapalı məqamı var, onlara girməyək. Amma biz ayrılsaq da, münasibətimizə böyük hörmətim var. Ona görə də həmişə bir-birimiz haqqında çox yaxşı şeylər danışırıq. Sevmək də hələ onu yaşamağı bilmirəm. Gözüm parıldayanda anlayarsan”.
“Var. Bizim münasibətimiz çox maraqlıdır. Onu görən adamların da fikrini deyirəm. Deyirlər ki, çox mərifətli münasibətiniz var. Həm pərdəli, həm də mən onun haqqında hər şeyi bilirəm. İndi 14 yaşındadır, məktəblidir, ona münasibət demək olmaz. Bilirəm ki, xoşuna gələn biri var”. / olay.az