Rəşad Dağlının həbsxanadan yeni görüntüsü yayıldı - Foto

04 Sentyabr 2025
68b99d41b8c92202509250801
633

Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının  cəzaçəkmə müəssisəsindən növbəti görüntüsü yayılıb.


Meyxanaçı Baləli 11 saylı cəzaçəkmə müəssisəninə həmkarını ziyarətə gedib. Foto orada lentə alınıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər. / Manşet.az