Rəşad Dağlı və müğənni Rəqsanə azadlığa çıxacaq - Proqnoz

04 Noyabr 2025
6909b0e03043a202511255304
675

Ekstrasens Natavan Qarayeva həbsdə olan meyxanaçı Rəşad Dağlı tezliklə ev dustaqlığına çıxacağını bildirib.

 O, proqnozunu belə əsaslandırıb:

"Məndən çox adam bu haqda məlumat istəyir. Meyxanaçı 2026-cı ilin payız aylarına qədər azadlığa çıxacaq, amma ev dustaqlığına. 2-3 il əziyyət çəkəcək. Həm maddi, həm də mənəvi. Ev dustaqlığına olsa da, sərbəst yaşaya bilməyəcək. Səhnəyə çıxması, məclislərdə iştirak etməsi bir müddət ona çətinlik yaradacaq".

Xatırladaq ki, görücü bir müddət öncə Rəqsanə İsmayılovanın da Yeni ilə qədər azadlığa çıxacağını bildirmişdi. / Yenisabah.az