Rəqsanənin azadlıqda ilk görüntüləri - Video

Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Manset.az müğənni R.İsmayılova ilə əlaqə saxlayıb. 

O açıqlamasında azadlıqda olduğu üçün sevindiyini bildirib:

"Mən həmişə ölkəmizin qanunlarına inanmışam. Allah Cənab Prezidentimizi və Birinci vitse-prezidentimizi qorusun. Balalarımın yanındayam. Çox sevincliyəm".

***

Dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxıldıqdan sonra ilk görüntüləri yayılıb.

APA həmin görüntüləri təqdim edir: