Rəqsanədən sonra o da azadlığa buraxılır

05 Dekabr 2025
6932cf7c36354202512252636
746

"Təranə gələn il yaya qədər azadlığa çıxacaq".

Bu sözləri müğənni Rəqsanə İsmayılova "Tarixin bir günü" proqramında deyib. O, Təranədən şikayətçi olan qızı Suelin atası, musiqiçi Abbas Səfərovun ərizəsini geri götürdüyünü bildirib.

"Suel mənim ailəmin yanında idi, indi də bizimlədir. O biri qızı isə uşaq evindədir. Gedib onu da görəcəyəm. Mən Abbasdan onunla bağlışikayəti geri götürmə sənətini aldım. Təranə yaya qədər, bəlkə də daha tez azadlığa çıxacaq. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq" deyə, Rəqsanə əlavə edib. 

Bildirilib ki, Rəqsanə Abbasa 2500 manat ödəyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. 

Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır. / Axşam.az