Rəqsanədən oğlu ilə bağlı PAYLAŞIM - VİDEO

Müğənni Rəqsanə İsmayılova oğlu Məhəmmədlə bağlı diqqətçəkən paylaşım edib.

Sənətçi oğlunu dünyaya gətirməzdən əvvəl xəstəxanada həyat yoldaşı iş adamı Fazil Əmiraslanovla birgə çəkilən arxiv görüntülərini izləyiciləri ilə bölüşüb.

Sözügedən paylaşıma Rəqsanə "Canım oğlum, nə edirsən et, bizi heç zaman unutma, gözəl illərə. Canım oğlum, günümün ən gözəl anlamı və həyatımın ən böyük əməli, doğum günün mübarək" şərhini yazıb.Qeyd edək ki, Rəqsanə İsmayılovanın 4 övladı var. Onun ilk evliliyindən Aysun və Yağmur adında iki qız, Fazil Əmiraslanovla nikahından isə Mehrimah adlı bir qızı və Məhəmməd adlı bir oğlu var. Bundan daha əvvəl Rəqsanənin bir oğlu dünyaya gəlsə də o, xəstəliyi səbəbi ilə dünyasını dəyişib. Bir neçə il əvvəl isə müğənni hamilə qalsa da, bətnindəki övladını düşürüb. / bizim.media