Rəqsanənin əri istintaqa cəlb olundu - Foto
Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.
Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.
Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. / Apa