Rəqsanənin əri istintaqa cəlb olundu - Foto

21 Avqust 2025
68a170b2f2ec6202508250330
648

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.

 

Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.

 

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. / Apa