Rəqsanə əri Fazildən ayrılıb - İddia

21 Noyabr 2025
6920516d6f2e5202511254757
1419

Müğənni Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığı iddia olunur.

Bir neçə gün öncə azadlığa çıxan Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinə son qoyduğu bildirilir.

Məlumata əsasən, Rəqsanə həbsdə olduğu müddətdə Fazil Əmiraslanov ona heç bir dəstək göstərməyib və müğənninin borclarının ödənilməsinə də maraq nümayiş etdirməyib. Bütün bu məqamların tərəflər arasındakı münasibətlərin bitməsinə səbəb olduğu vurğulanır.

Rəqsanə İsmayılovanın həbsdən çıxdığı an lentə alınan görüntülərdə Fazilin görünməməsi, həmçinin qızı Aysunla paylaşımlarında da onun yer almaması diqqət çəkib.

Bütün bu nüanslar tərəflərin ayrıldığını ehtiva edir. / Manset.az