Ramiz Mehdiyevdən dövlətə xəyanət etməsi ilə bağlı suala reaksiya
Məsələ ilə bağlı Manşet.az Ramiz Mehdiyevlə əlaqə saxlaya bilib.
Ramiz Mehdiyev dövlətə xəyanətlə bağlı suala cavab verməyib və zəngi sonlandırıb.
Həmin səsyazısını təqdim edirik:
Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.