Rafaeldən plastik əməliyyat edənlər barədə şok sözlər - İstəyirlər ki...

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlardan danışıb. 

Aktyor “Şən gənc” verilişində xanımların bıçaq altına yatmasını tənqid edib:“Hamıda burun, dodaq bənzəyir. İndi də çənə uzadırlar. Bunu neçə yaşa kimi edəcəklər? Bədəndə iki hissəni düzəltmək olmur: boğazın altı və əllər. Xaricdə bunu baha qiymətə edirlər, bizdə yox. Bunlar hamısı Ajda Pekkan olmaq istəyirlər? Təbii qocalmaqdan gözəl nə var ki?”. / Konkret.az