Qvardioladan Alonso barədə şok sözlər: Təkbaşına işəməlidir, mən onun yerinə sidiyə getməyəcəyəm

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Real Madrid"lə oyundan əvvəl maraqlı açıqlamalar verib. O, jurnalistlərin “Real”ın baş məşqçisi Xabi Alonso barədə sualını cavablandırıb. Qvardiola “O, təkbaşına işəməlidir. Mən onun yerinə sidiyə getməyəcəyəm. Bu başlığı bəyəndiniz, elə deyilmi?”, deyə bildirib. Qvardiola bildirib ki, böyük matçlarda qalib gələ bilməyəndə işlər çətinləşə bilər. Qeyd edək ki, La Liqada son 5 oyunda bir dəfə qələbə qazanan “Real Madrid”in Çempionlar Liqasında “Mançester Siti"yə məğlub olacağı təqdirdə Xabi Alonsonun qovula biləcəyi iddia edilib. / Goal. com