Qurbanov "Bu şəhərdə"nin parodiyası barədə danışdı

21 Noyabr 2025
6920bca2df1fc202511252522
227

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bu şəhərdə"nin konsertində parodiya olunmasına reaksiya verib.

53 yaşlı mütəxəssis bu barədə Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfansında danışıb.

"Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm", - deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Bu şəhərdə" yumoristik təşkilatı Qurban Qurbanovu parodiya etdiyi üçün tənqid olunurdu. / Teleqraf.az