Qumral ərindən boşanıb? - Müğənnidən şok sözlər

05 İyul 2025
68768f21b45a4202507252553
2998

Müğənni Qumral “TikTok” platformasında onun barəsində yayılan boşanma xəbərlərinə sosial media hesabında cavab verib.

İfaçı "Instagram" səhifəsinin hekayə bölməsində paylaşım edərək yazılan şərhləri sadəcə gülərək oxuduğunu bildirib. O, xüsusilə “Anasının qızıdır” şərhinə belə reaksiya verib:

“Bəli, anamın qızıyam. Anam kimi hər işində lider olan xanımam!”

Müğənni “Kişi bunu atdı” kimi sərt ifadələrə cavab olaraq isə belə cavab verib:

“Necə sevinirsiniz. Niyə atmalıdır? Şortik geyinirəm deyə? Əcəb edirəm. Yaraşır, geyinirəm. Ərim üçün geyinirəm də!”.

Qumralın bu açıqlamaları sosial mediada geniş marağa səbəb olub. / Yenisabah.az