Qonşu ölkədə nüvə obyektində sızıntı baş verdi - Mütəxəssislər Astaraya göndərildi

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi deyib.
O bildirib ki, Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.Qurum nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirməsi üçün İrana ekspertlər göndərməyə hazırdır.
Agentlik rəhbəri həmçinin bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.
Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu deyib.
***
İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.
İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.
Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb. Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər.