Qonşu kişini arvadı ilə görüşə çağırdı, ardınca... - Azərbaycanda qəribə olay

25 Yanvar 2024
65b21bd50b96b202401242909
362
Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Əfqan arvadına intim söhbətlərlə bağlı mesajlar göndərən həmyerlisi Amilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Hadisə Daşkəsən rayonunun Zinzahal kəndində olub. Əfqan qonşuluğunda yaşayan Amilin onun arvadının mobil telefonuna göndərdiyi mesajları görüb, onların arasında yaxın münasibətlərdən şübhələnib. Məsələni aydınlaşdırmaq, onların münasibətlərini ifşa etmək üçün arvadına telefon vasitəsilə ərinin evdə olmadığını uydurmaqla Amili görüşmək adı ilə 6 avqust 2019-cu ildə axşam saatlarında yaşadığı evə dəvət etdirib. 

Amil qadınla görüşmək məqsədilə həmin gün saat 21 radələrində Əfqanın evinə gəlib. Vəziyyətin belə yarandığını görən Əfqan arvadı ilə Amilin arasındakı yaxın münasibətlərə əmin olub. Əfqan evin yataq otağında və həyətdə Amilin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq, təpik zərbələri vurub. Amil çoxsaylı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əfqan apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini, həbsdən azad olunmasını istəyib. Əfqanın şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub. Əfqanın şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 aya endirilib. / Teleqraf.com